Ən son xəbərlər:

05.06.2023/22:24/ NATO-nun Kosovodakı missiyası gücləndirilib

NATO-nun Kosovodakı missiyası gücləndirilib.

xeberaz.info xəbər verir ki, NATO-nun bazar ertəsi yaydığı bəyanatda deyilir ki, 500-ə yaxın türk əsgəri də daxil olmaqla, NATO qüvvələrinin əlavə qüvvələri son vaxtlar iğtişaşların yaşandığı Kosovonun şimalına gəlməyə başlayıb.

Türkiyənin 65-ci Mexanikləşdirilmiş Piyada Briqadasının 500-ə yaxın türk hərbçisi NATO-nun qüvvəsini gücləndirən qüvvələrin əsas hissəsini təşkil edəcək”, – deyə məlumatda bildirilir.

Məlumatda deyilir ki, qoşunlar bazar ertəsi Kosovoya daxil olmağa başlayıb. Onların lazım olduğu qədər Kosovoda qalacaqları qeyd edilir.