Ən son xəbərlər:

05.06.2023/07: 21/ OPEC+ 2024-cü ildən neft hasilatını tənzimləməyə razıdır

OPEC+ 2024-cü ildən neft hasilatını tənzimləməyə razıdır.

xeberaz.info xəbər verir ki, OPEC+ ümumi neft hasilatını 2024-cü ildən gündəlik 40,46 milyon barrelə qədər tənzimləməyə razılaşıb. Bu barədə qurumun şərhində deyilir.

2024-cü il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək OPEC-ə üzv ölkələr və qeyri-OPEC ölkələri üçün ümumi xam neft hasilatının səviyyəsini gündə 40,46 milyon barrelə uyğunlaşdırılacaq”, – TASS  belə xəbər verir.

Bundan əvvəl bildirilib ki, OPEK iyunun 4-də OPEC+ ölkələrinin neft hasilatının azaldılması imkanlarını müzakirə edəcək.