Ən son xəbərlər:

02.06.2023 /12:04/ Bayden səhhəti ilə bağlı suallara cavab verməkdən imtina edib

Bayden  səhhəti ilə bağlı suallara cavab verməkdən imtina edib.

Bayden Koloradoda yıxıldıqdan sonra səhhəti ilə bağlı suallara cavab verməkdən imtina edib

xeberaz.info xəbər verir ki, ABŞ prezidenti Co Bayden Koloradoda Hərbi Hava Qüvvələri Akademiyasının buraxılış mərasimində yıxıldıqdan sonra jurnalistlərin səhhəti ilə bağlı suallarını cavablandırmaqdan imtina edib. argumenti.ru bu barədə bildirir.

“Sual yoxdur, yox” deyə Amerika lideri cavab verdi.

Hadisə akademiyanın kursantlarının buraxılış sənədlərini aldıqları səhnədə baş verib. Onlardan birinə diplomu verəndən sonra 80 yaşlı prezident büdrəyərək dizi üstə yıxılıb. ABŞ Hərbi Hava Qüvvələrinin əməkdaşları ona qalxmağa kömək ediblər.

Bundan sonra Co Bayden media nümayəndələrinin onu gözlədiyi Ağ Evin qazonunda helikopterdən çıxarkən yıxılıb və  başı yerə dəyib.