Ən son xəbərlər:

02.06.2023 /05:22/ İngilis hakim və onun ailəsi hava limanında Roma” futbol azarkeşlərinin hücumuna məruz qalıblar

İngilis hakim və onun ailəsi hava limanında  Roma” futbol azarkeşlərinin hücumuna məruz qalıblar.

xeberaz.info xəbər verir ki,  Avropa Liqasının finalında “Sevilya” -“Roma” oyununu  idarə edən  ingilis hakim Entoni Teylor və onun ailəsi Budapeşt hava limanında  Roma futbol komandasının azarkeşlərinin hücumuna məruz qalıb. Bu barədə iyunun 1-də Sky News xəbər verir.

İnternetdə azarkeşlərin hakimin ardınca təhqirlər səsləndirdiyi, həmçinin müxtəlif əşyalar atdığı videolar peyda olub. İngiltərə Peşəkar Hakimlər Assosiasiyası Avropa Liqasının finalını idarə etdikdən sonra vətənə qayıtmaq istəyən Entoni  Teylor  və onun ailəsinə yönəldilmiş əsassız və iyrənc təhqirlərdən  dəhşətə gəldiyini bildirib

Hava limanının təhlükəsizliyi hakimin  və onun ailəsinin təhlükəsizliyini təmin etməyə çalışıb.