Ən son xəbərlər:

01.06.2023 /20:42/ Türkiyəyə gələn ümumi turist axınının 10%-dən çoxunu ruslar təşkil edir

Türkiyəyə gələn ümumi turist axınının 10%-dən çoxunu ruslar təşkil edir.

xeberaz.info xəbər verir ki, Bu il Türkiyəyə gələn rusiyalı turistlərin sayı bir milyonu keçib və bu ölkədəki ümumi turist axınının 10%-dən çoxunu təşkil edib. Bunu TASS-a müsahibəsində Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov deyib.

Cari il üçün ilk dörd ayın məlumatları var. Ümumilikdə 11 milyon turistdən 1 milyon 153 min turist Rusiyadan gəlib, yəni ümumi turistlərin 10,5 faizi. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 135% çoxdur.