Ən son xəbərlər:

01.06.2023 /11:03/ Bunu, Rakitiç, Smollinq və Dibala Avropa Liqasında həftənin oyunçusuna iddialıdırlar

Bunu, Rakitiç, Smollinq və Dibala Avropa Liqasında həftənin oyunçusuna iddialıdırlar.

xeberaz.info xəbər verir ki, UEFA Avropa Liqasında həftənin futbolçusu adına iddialıların adları məlum olub. Siyahıda Yassin Bunu, “Sevilya”dan İvan Rakitiç, həmçinin “Roma”dan Kris Smollinq və Paulo Dibala yer alıb.

“Sevilya” Avropa Liqasının finalında “Roma”nı məğlub edib. Budapeştdəki “Puskas Arena” stadionunda keçirilən oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə İspaniya yığmasının futbolçuları daha dəqiq olub.

Daha əvvəl Avropa Liqası-2023-ün finalında sarı vərəqələrin sayının rekord həddə olduğu bildirilirdi.