Ən son xəbərlər:

29.05.2023 /16:43/ Argentinalı Poçettino Londonun “Çelsi” klubunu çalışdıracaq

Argentinalı Poçettino Londonun “Çelsi” klubunu çalışdıracaq.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Londonun “Çelsi” klubu argentinalı Maurisio Poçettinonun baş məşqçi təyin olunduğunu açıqlayıb.

51 yaşlı mütəxəssislə müqavilə 2+1 sxeminə əsasən bağlanıb. Poçettino Qrem Potterin qovulmasından sonra baş məşqçi postuna gələn ingilis Frenk Lempardı əvəzləyib.

Argentinalı futbolçu daha əvvəl İspaniyanın “Espanyol”, İngiltərənin “Sauthempton” və “Tottenhem”, eləcə də Fransanın “Paris Sen-Jermen” klublarına başçılıq edib.