Ən son xəbərlər:

29.05.2023 /06:16/ “Milan” Çempionlar Liqasında iştirakını təmin edib

“Milan” Çempionlar Liqasında iştirakını təmin edib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, “Milan” futbol üzrə İtaliya çempionatının 37-ci turunun matçında “Yuventus” üzərində qələbə qazanaraq 2023/24-cü il mövsümündə Çempionlar Liqasında iştirakını təmin edib.

Turində baş tutan görüş 1:0 hesabı ilə “qırmızı-qaralar”ın xeyrinə başa çatıb. Matçın qəhrəmanı 40-cı dəqiqədə qola imza atan hücumçu Olivye Jiru olub.

“Milan” hazırda 67 xalla A Seriyasında 4-cü yerdədir. “Yuventus” üçün bu məğlubiyyət ikinci olub. Klub 59 xalla yeddinci pillədə qərarlaşıb.

Bundan əvvəl “Yuventus” ölkə çempionatında 10 xaldan məhrum edilmişdi. Məhkəmənin çıxardığı hökm yalan maliyyə hesabatının verilməsi ilə bağlıdır. Sanksiyalardan sonra klub turnir cədvəlində ikinci yerdən yeddinci yerə geriləyib.