Ən son xəbərlər:

26.05.2023 /21:43/ Qırğızıstanda məktəblərdə valideynlərdən pul yığımı qadağan edilib

Qırğızıstanda məktəblərdə valideynlərdən pul yığımı qadağan edilib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Qırğızıstanda məktəblərdə pul yığımına və onlar üçün dövlət fondlarının yaradılmasına qadağa qoyulub. Dövlət başçısının saytı xəbər verir ki, “Uşaqların pulsuz məktəb təhsili almaq hüququnun həyata keçirilməsinə dövlət təminatlarının təmin edilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq sərəncamı prezident Sadır Cəfərov imzalayıb.

Sənədə əsasən, dövlət ümumtəhsil təşkilatlarına ehtiyac duyulan məişət əşyalarının təmiri, mühafizəsi və alınması üçün vəsait ölkənin dövlət büdcəsindən mütləq şəkildə ayrılmalıdır.

Təhsil Nazirliyinə qanunun pozulmasına görə məsuliyyət nəzərdə tutan dövlət ümumi təhsil müəssisələrində vəsaitlərin yığılmasını qadağan edən normativ hüquqi aktın layihəsini hazırlayıb Nazirlər Kabinetinə təsdiq etmək üçün təqdim etmək tapşırılıb.

“Pedaqoji və məktəb inzibati heyətinə maliyyə məsələlərinə baxılarkən şagirdlərin valideynlərindən pul yığmaq, qəyyumlar şuralarının və valideyn komitələrinin işində iştirak etmək qadağandır”, – sənəddə belə  deyilir. Sərəncamda vurğulanır ki, qeyri-qanuni pul vəsaitlərinin yığılması və ya şagirdlərə və onların valideynlərinə mənəvi-psixoloji təzyiq göstərilməsi faktları aşkar edildikdə, təqsirkar şəxslər barəsində tutduqları vəzifədən azad edilməklə yanaşı, intizam tənbehi tədbirləri tətbiq ediləcək.

Bundan əvvəl Qırğızıstanın məktəblərində son zənglər edilib. Məzunlar getdikcə ziyafətlərdən imtina edir və xeyriyyəçilik üçün pul göndərirlər. Məsələn, ehtiyacı olanlar üçün ev tikirlər, ya da doğma kəndində infrastrukturu yaxşılaşdırırlar.