Ən son xəbərlər:

26.05.2023 /19:43/ Rusiya-Braziliya strateji tərəfdaşlığının bəzi aktual aspektləri müzakirə edilib

Rusiya-Braziliya strateji tərəfdaşlığının bəzi aktual aspektləri müzakirə edilib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Rusiya və Braziliya prezidentləri Vladimir Putin və Luis İnasiu Lula da Silva arasında telefon danışığı olub.

Rusiya-Braziliya strateji tərəfdaşlığının bəzi aktual aspektləri müzakirə edilib, onun gələcək mütərəqqi inkişafı və müxtəlif sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraq ifadə olunub, – Kremlin mətbuat xidmətindən belə bildirilib.

Dövlət başçıları BRİKS və digər çoxtərəfli platformalar çərçivəsində birgə işlərlə bağlı məsələləri də nəzərdən keçiriblər. – nazirlikdən belə bildirilib.