Ən son xəbərlər:

26.05.2023 /12:22/ Gəncə şəhərindəki Heydər Əliyev Park-Kompleksindəki süni göl daşıb

Gəncə şəhərindəki Heydər Əliyev Park-Kompleksindəki süni göl daşıb.

xeberaz.info Gəncə Şəhəri İcra Hakimiyyətinin verdiyi məlumata istinadən xəbər verir ki, 25 may 2023 ci il tarixində axşam saatlarında Gəncə şəhərindəki Heydər Əliyev Park-Kompleksindəki süni göl daşıb.

Gölün daşması nəticəsində yaxınlıqdakı mənzil, həyətyanı sahələr və küçələrə su dolub.

Park-kompleksinin müdiri İlyas Məmmədov operativ şəkildə təşkil olunan işçi qrupuna şəxsən hadisə baş verən yerdə, aparılan işlərə rəhbərlik edib, daşqının qarşısınn alınması üçün təcili tədbirlər həyata keçiribdir.

İlyas Məmmədov bildirib ki, parka ziyan dəyməyib, ilkin məlumata görə xəsarət alan yoxdur.