Ən son xəbərlər:

25.05.2023 /15:15/ ABŞ Yaxın Şərq siyasətini dəyişəcək

Pentaqon Yaxın Şərqdə ittifaqlar qurmaq və silah satışına keçəcək.

xeberaz.info lenta.ru-ya istinadən xəbər verir ki, Pentaqonun strategiya, planlaşdırma və hərbi imkanlar üzrə rəhbərinin köməkçisi Mara Karlin  ABŞ Yaxın Şərqdəki siyasətini dəyişəcəyini bildirib. Onun sözlərini Al Arabiya nəşri sitat gətirir.

Karlin ABŞ-ın Yaxın Şərqə münasibətində paradiqma dəyişikliyi olduğunu söyləyib. Söhbət çox vaxt birtərəfli hərbi yanaşma vasitəsilə regionu dəyişdirmək üçün qeyri-real məqsədlərdən imtina etməkdən gedir.

Vaşinqtonun regionda dəqiq məqsədləri olan ittifaqlar qurmağa və silah satışına keçəcəyi dəqiqləşdirilir. Karlin qeyd edib ki, Yaxın Şərq tərəfdaşları ABŞ və onun müttəfiqlərindən silah sistemləri almalıdırlar, əks halda Amerika tərəfi regionda effektiv fəaliyyət göstərə bilməyəcək.

Bundan əvvəl Vaşinqton Rusiya ilə Yaxın Şərq informasiya müharibəsi planı hazırlamaqda ittiham olunurdu.