Ən son xəbərlər:

25.05.2023 /10:32/ Paredes və Di Maria mövsümün sonunda “Yuventus”u tərk edəcəklər

Paredes və Di Maria mövsümün sonunda “Yuventus”u tərk edəcəklər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Yarımmüdafiəçilər Leandro Paredes və Anxel Di Maria mövsümün sonunda “Yuventus”u tərk edəcəklər.

Jurnalist Fabrizio Romanonun sözlərinə görə, klub Di Maria ilə müqaviləni yeniləməyəcək və hüquqları Paris Saint-Germain-ə məxsus Paredesi satın almayacaq.

Xatırladaq ki, İtaliya Futbol Federasiyasının Federal Məhkəməsi mayın 22-də maliyyə pozuntularına görə Turin klubunu A Seriyasında on xaldan məhrum edib.

Bundan əvvəl Massimiliano Alleqrinin komandadan on xal çıxdıqdan sonra “Yuventus”u tərk etməyəcəyi bildirilirdi.