Ən son xəbərlər:

25.05.2023 /10:09/ ABŞ Dövlət Departamentinin Çinlə bağlı yüksək səviyyəli rəsmisi istefa verəcək

ABŞ Dövlət Departamentinin Çinlə bağlı yüksək səviyyəli rəsmisi istefa verəcək.

xeberaz.info lenta.ru-ya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin Çin siyasəti üzrə rəsmisi Rik Uoters Pekin və Vaşinqton arasında gərginlik fonunda istefa vermək üzrədir. Bu barədə “Reuters” məlumat yayıb.

Dövlət Departamentinin sözçüsü agentliyə bildirib ki, Uoters iyunun 23-də vəzifəsini tərk edəcək və yüksək səviyyəli xarici xidmətin üzvü olaraq qalacaq. Departament ona Çin ilə qarşılıqlı fəaliyyət və Tayvan məsələsi üzrə iki illik uğurlu fəaliyyətinə görə təşəkkür edib.

Bundan əvvəl məlumat verilmişdi ki, Çinin ABŞ-dakı yeni səfiri Si Fen mayın 23-də axşam Nyu-Yorka gəlib. WSJ yazıb ki, bu addım son diplomatik atışmalara baxmayaraq, Pekinin Vaşinqtonla münasibətləri yaxşılaşdırmağa hazır olmasının potensial siqnalı kimi qiymətləndirilə bilər.