Ən son xəbərlər:

25.05.2023 /08:58/ Alınan bütün dəstəklər Vinisiusa psixoloji cəhətdən fayda verib

Alınan bütün dəstəklər Vinisiusa psixoloji cəhətdən fayda verib.

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti irqçilik qalmaqalından sonra hücumçu Vinisius Juniorun durumundan danışıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Vinisius psixoloji cəhətdən yaxşıdır, son günlərdə alınan bütün dəstəklər ona fayda verib. Dizində narahatlıq olmasaydı, Rayo Valyekano ilə matça gedəcəkdi,- məşqçi mətbuat konfransında belə deyib.

Mayın 21-də La Liqanın 35-ci turunun matçında “Real Madrid” “Valensiya”ya 0:1 hesabı ilə məğlub olub. İkinci hissənin ortalarında tribunadan 22 yaşlı braziliyalıya qarşı irqçi təhqirlər səsləndiyi üçün görüş yarımçıq kəsilib.

Bundan əvvəl BMT-nin Vinisiusla bağlı irqçilik qalmaqalına cavab verdiyi bildirilirdi.