Ən son xəbərlər:

25.05.2023 /07:23/ Ukrayna Silahlı Qüvvələri Qara dənizdə gəmiləri müşayiət etmək üçün F-16-lardan istifadə etməyi planlaşdırır

Ukrayna Silahlı Qüvvələri Qara dənizdə gəmiləri müşayiət etmək üçün F-16-lardan istifadə etməyi planlaşdırır.

xeberaz.info lenta.ru-ya istinadən xəbər verir ki, Ukrayna və Şərqi Avropanın hakimiyyət orqanları Qərbi F-16 qırıcılarının istifadəsi üçün mümkün ssenarilər üzərində düşünməyə başlayıblar. Bu barədə “Foreign Policy” yazır.

Nəşr Ukrayna Silahlı Qüvvələrinin  F-16-nın istifadəsi ilə bağlı məqsədlərini açıqlayıb və onların Qara dənizdə gəmiləri müşayiət etmək üçün istifadə etməyi planlaşdırdıqlarını bildirib.

Ukraynalı və Şərqi Avropa rəsmiləri artıq hava hücumundan müdafiədən tutmuş yaxın hava dəstəyinə və hətta Qara dənizdən taxıl daşıyan gəmiləri müşayiət edənədək Qərb qırıcılarının istifadəsi üçün ssenarilər hazırlamağa başlayıblar, – nəşr belə qeyd edir.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev F-16 qırıcılarının köməyi ilə Rusiya gəmi və təyyarələrini Qara dənizdəki taxıl dəhlizindən kənarda saxlaya biləcək. Bundan əlavə, təyyarə “qlobal ərzaq təhlükəsizliyini” bərpa edəcək.