Ən son xəbərlər:

25.05.2023 /06:10/ Avropa Parlamenti Macarıstanın Aİ-yə sədrliyini əngəlləməyə çalışacaq

Avropa Parlamenti Macarıstanın Aİ-yə sədrliyini əngəlləməyə çalışacaq.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Macarıstanın ədliyyə naziri Judit Varqa bildirib ki, Avropa Parlamenti Macarıstanın Aİ-yə sədrliyini əngəlləməyə çalışacaq.

Varqanın sosial şəbəkələrdə verdiyi məlumata görə, bununla bağlı Avropa Parlamentində qətnamə layihəsi hazırlanıb.

“Gələn həftə Avropa Parlamenti Macarıstanın 2024-cü ilin ikinci yarısında Aİ-yə sədrliyini əngəlləmək üçün əleyhinə qətnaməyə yenidən səs verəcək. Biz onların Macarıstandan bu fürsəti əlindən almasına imkan verməyəcəyik”, – TASS ondan sitat gətirir.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban əmin olduğunu bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı 11-ci sanksiyalar paketini tətbiq etmək niyyəti sağlam düşüncəyə ziddir.