Ən son xəbərlər:

25.05.2023 /05:56/ Braziliya Xarici İşlər Nazirliyi G20 və BRİKS-in dünyada əhəmiyyətini açıqlayıb

Braziliya Xarici İşlər Nazirliyi G20 və BRİKS-in dünyada əhəmiyyətini açıqlayıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Braziliyanın xarici işlər naziri Mauro Vieira G20 və BRİKS-in dünyadakı əhəmiyyətindən danışıb. O, bu barədə parlamentdə keçirilən dinləmələrdə bildirib.

Bu gün G20 və BRİKS-i nəzərə almayan hər hansı beynəlxalq əməkdaşlıq və ya danışıqlardan danışmaq belə mümkün deyil. Yeri gəlmişkən, BRİKS-in bütün üzvləri G7-dən daha vacib olan G20-nin üzvləridir”, – TASS onun sözlərini sitat gətirib.

O, həmçinin vurğulayıb ki, hazırkı reallıqlarda inkişaf etməkdə olan ölkələrin, o cümlədən hazırda G20-yə sədrlik edən Hindistanın fikirlərini nəzərə almadan aktual qlobal problemləri müzakirə etmək mümkün deyil.