Ən son xəbərlər:

24.05.2023 /14:15/ Rusiyaya qarşı sanksiyalara qoşulmaq Gürcüstan iqtisadiyyatını məhv edəcək

Rusiyaya qarşı sanksiyalara qoşulmaq Gürcüstan iqtisadiyyatını məhv edəcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili xəbərdarlıq edib ki, Tbilisinin Qərbin tələbi ilə anti-Rusiya sanksiyalarına qoşulması Gürcüstan iqtisadiyyatını məhv edəcək. Bu barədə Gürcüstanın baş naziri Qətər İqtisadi Forumu zamanı bildirib.

“Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşularsa, onun iqtisadiyyatını məhv edəcək”, – Qaribaşvili xəbərdarlıq edib.

Qaribaşvilinin fikrincə, anti-Rusiya məhdudiyyətlərinə qoşulmaq Gürcüstanın milli maraqlarına da xələl gətirəcək.

Bundan əvvəl Gürcüstan parlamentinin sədr müavini Arçil Talakvadze bildirmişdi ki, Tbilisi Rusiya ilə birbaşa uçuşlardan imtina etməyi planlaşdırmır, lakin ölkənin Avropa İttifaqı və ABŞ-ın dəstəyinə və Aİ-yə namizəd statusunun alınmasına ehtiyacı var.