Ən son xəbərlər:

24.05.2023 /13:29/ Mbappe məqsədinə həmişəkindən daha yaxındır

Mbappe məqsədinə həmişəkindən daha yaxındır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, İspaniyalı jurnalist Xosep Pedrol Paris Saint-Germain-in hücumçusu Kilian Mbappenin Real Madrid ilə danışıqları bərpa edə biləcəyini yazıb.

“Belə xəbərlərdən sonra Mbappe Real Madridə keçməyə heç olmadığı qədər yaxındır”, – jurnalist belə deyib.

Mayın 24-də fransalının PSJ ilə müqaviləsini 2025-ci ilə qədər uzatmaq variantını aktivləşdirməyəcəyi bildirilmişdi.

24 yaşlı Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 40 qol vurub və 9 məhsuldar ötürmə edib.

Daha əvvəl “Real Madrid”in Mbappe üçün bu yay danışıqlar aparmaq fikrində olmadığı bildirilirdi.