Ən son xəbərlər:

24.05.2023 /07:08/ DeSantis ABŞ-da keçiriləcək prezident seçkilərində iştirakını elan edəcək

DeSantis ABŞ-da keçiriləcək prezident seçkilərində iştirakını elan edəcək.

xeberaz.info kommersant.ru-ya istinadən xəbər verir ki, Florida ştatının qubernatoru Ron DeSantis mayın 24-ü çərşənbə günü 2024-cü il ABŞ prezident seçkiləri üçün prezidentlik kampaniyasına başladığını elan edəcək. Bu, onun sahibkar İlon Maskla canlı yayımlanacaq söhbəti zamanı baş verəcək. Bu barədə NBC News, The New York Times, CNN və Reuters mənbələrə istinadən məlumat yayıb.

Ron DeSantis və Elon Musk Twitter sosial şəbəkəsində Twitter Spaces platformasında canlı yayım edəcəklər.

Medianın məlumatına görə, cənab DeSantis həmin gün axşam saatlarında Fox News-a müsahibə verəcək. Onun həmin günə planlaşdırılan prezidentlik kampaniyasının sponsorları ilə də görüşü var.

Daha əvvəl Ron DeSantis yarışa qatılacağını açıqlamışdı. Donald Tramp Respublikaçılar Partiyasının namizədliyinə əsas namizəddir. Respublikaçılar, Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli və iş adamı Vivek Ramasvami də seçkilərdə iştirak etmək niyyətlərini açıqlayıblar.