Ən son xəbərlər:

24.05.2023 /05:37/ ÜST yeni ölümcül pandemiyaya hazır olmağa çağırış edib

ÜST yeni ölümcül pandemiyaya hazır olmağa çağırış edib.

xeberaz.info lenta.ru-ya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus bildirib ki, COVID-dən daha təhlükəli yeni pandemiya təhlükəsi istisna oluna bilməz. O, bu barədə ÜST-nin Cenevrədə keçirilən illik assambleyasında danışıb.

“Yeni xəstəlik və ölümə səbəb ola biləcək başqa bir COVID variantının təhlükəsi hələ də qalmaqdadır. Daha da ölümcül potensiala malik yeni patogenin yaranması təhlükəsi də qalmaqdadır”, – deyə təşkilatın baş direktoru bildirib.

Tedros Qebreyesus həmçinin bütün dünyanı gələcəkdə təhlükəyə kollektiv cavab verməyə hazır olmağa çağırıb.

Mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri COVID-19 virusunun yayılması nəticəsində yaranan qlobal sağlamlıq fövqəladə vəziyyətin başa çatdığını elan edib. Onun sözlərinə görə, dünyada ən azı 20 milyon insan koronavirus səbəbindən dünyasını dəyişib.

Hələ mart ayında Qebreyesus COVID-19 pandemiyasının 2023-cü ildə sona çatacağına və eyni zamanda beynəlxalq fövqəladə vəziyyət rejiminin ləğv ediləcəyinə əminliyini ifadə etmişdi.