Ən son xəbərlər:

24.05.2023 /05:23/ ABŞ və Çexiya müdafiə sazişi imzalayıb

ABŞ və Çexiya müdafiə sazişi imzalayıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Pentaqonun sözçüsü Patrik Rayder verdiyi açıqlamada ABŞ və Çexiya arasında Vaşinqtonda müdafiə sahəsində əməkdaşlıq sazişi imzaladığını bildirib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu gün Çexiyanın müdafiə naziri Jana Çernoxova ilə görüşüb. Liderlər ikitərəfli əlaqələri müzakirə ediblər və müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıblar. Tərəflərin müdafiə əlaqələrini gücləndirmək niyyətində olduğu qeyd edilir.

Mayın 9-da Estoniyada ABŞ-ın rəhbərlik etdiyi NATO Swift Response təlimləri başlayıb.