Ən son xəbərlər:

23.05.2023 /18:57/ Ukrayna Orbanın Kiyevin qələbəsinin mümkünsüzlüyü ilə bağlı bəyanatını tənqid edib

Ukrayna Orbanın Kiyevin qələbəsinin mümkünsüzlüyü ilə bağlı bəyanatını tənqid edib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko Macarıstanın baş naziri Viktor Orbanın Kiyevin döyüş meydanında qalib gələ bilməyəcəyi barədə bəyanatını tənqid edib.

Bundan əvvəl Orban bildirib ki, Kiyevin NATO qoşunlarını Ukraynaya göndərmədən Rusiyanı məğlub etmək şansı yoxdur, lakin alyans bunu etməyəcək.

Həmin avropalı siyasətçilər keçən il Ukraynanın 72 saatdan çox dayanmaq şansının olmadığını iddia etdilər. Onlar o vaxt səhv edirdilər, indi də yanılırlar”, – Nikolenko belə  bildirib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin fikrincə, Ukraynanın hərbi komponentinin güclənməsi münaqişəni uzadır.