Ən son xəbərlər:

23.05.2023 /18:16/ Ukrayna bankları 44 milyard qrivna mənfəət göstərdilər

Ukrayna bankları 44 milyard qrivna mənfəət göstərdilər.

xeberaz.info Ukrayna Milli Bankının məlumatlarına istinadən xəbər verir ki,  2023-cü ilin yanvar-aprel aylarında ödəmə qabiliyyətinə malik Ukrayna banklarının vergidən sonra xalis mənfəəti 43,997 milyard qrn. təşkil edib. Ötən il, bu dövrdə banklar 7,426 milyard qrn. zərər göstərib.

UMB-nun məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında bankların gəlirləri 53,9% artaraq 136,390 milyard qrn., xərcləri isə 3,8% azalaraq 92,393390 milyard qrn. olub.

İlin əvvəlindən banklar ehtiyat ayırmalarını demək olar ki, on dəfə azaldaraq 3,359 milyard qrn.-a çatdırıblar ki, bu da mənfəətin artmasının əsas səbəbi olub.

Xatırladaq ki, Ukraynanın ödəmə qabiliyyətinə malik bankları 2022-ci ildə vergidən sonra 24,716 milyard qrn.  mənfəət əldə ediblər. Bu, 2021-ci ilin rekord mənfəətindən (77,376 milyard qrn.) 3,1 dəfə azdır.

RBC-Ukraynanın xəbər verdiyi kimi, Ukrayna banklarının mənfəəti 2021-ci ildə demək olar ki, iki dəfə artaraq rekord həddə çatıb. Mənfəət 77,376 milyard qrn.  təşkil edib. Bu, əvvəlki illə müqayisədə 95,2% çoxdur (39,727 mlrd. qrn.).