Ən son xəbərlər:

23.05.2023 /17:21/ Moldova Putinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərarlara əməl edəcək

Moldova Putinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərarlara əməl edəcək.

xeberaz.info lenta.ru-ya istinadən xəbər verir ki, Moldova hüquq-mühafizə orqanlarının əməkdaşları Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən, Rusiya prezidenti Vladimir Putinin respublikaya səfər edəcəyi təqdirdə onu həbs edəcəklər.

Bunu çərşənbə axşamı Moldova prezidenti Maya Sandu Euronews Rumıniya telekanalına müsahibəsində Putinin Moldovaya gələcəyi təqdirdə həbs edilib-edilməyəcəyi sualına cavab verərkən deyib.

Bəli. Moldova Respublikası cinayət məhkəməsi ilə bağlı müqavilə imzalayıb və Moldova məhkəmənin qərarına hörmətlə yanaşacaq, – Sandu belə cavab verib.