Ən son xəbərlər:

23.05.2023 /16:57/ Polşa Çexiyaya Rusiya neftindən imtina etməkdə kömək etmək niyyətindədir

Polşa Çexiyaya Rusiya neftindən imtina etməkdə kömək etmək niyyətindədir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Polşanın dövlət aktivləri naziri Yaçek Sasin bildirib ki, Varşava Rusiya neftindən imtina etmək üçün Çexiyaya kömək etmək niyyətindədir.

Sasinin qeyd etdiyi kimi, Polşanın Orlen enerji konserni Çexiyanın yanacaq təhlükəsizliyini təmin edən Unipetrol şirkətinə məxsusdur.

Bizim ümumi məqsədimiz neft tədarükünü mümkün qədər tez Rusiya neftini çıxaracaq şəkildə diversifikasiya etməkdir, – deyə Sasin bildirib.

Polşalı nazir iddia edir ki, Çexiya hakimiyyəti bu yanaşmanı bölüşür.

Daha əvvəl məlum olmuşdu ki, Orlen Rusiya neftinin idxalına qoyulan qadağaya görə gündəlik 27 milyon dollar itirir.