Ən son xəbərlər:

23.05.2023 /09:32/ Ankara suriyalı qaçqınları öz vətənlərinə qaytarmağı planlaşdırır

Ankara suriyalı qaçqınları öz vətənlərinə qaytarmağı planlaşdırır.

xeberaz.info lenta.ru-ya istinadən xəbər verir ki, Türkiyə hakimiyyəti suriyalı qaçqınların vətənlərinə qayıtması üçün plan hazırlayır,  O, bu barədə “TRT Haber” telekanalına müsahibəsində danışıb.

Yaxın vaxtlarda qaçqınların geri qaytarılması üçün yol xəritəsi hazırlanacaq. Onların qayıdışının nə qədər tez təmin olunacağı təhlil ediləcək”, – deyə siyasətçi paylaşıb. O, həmçinin hazırda 450 min suriyalı qaçqının vətənlərinə qayıtdığını qeyd edərək, daha bir milyon insanın geri qayıtmasının planlaşdırıldığını bildirib.

Bundan əvvəl Ərdoğanın prezident seçkilərindəki rəqibi, müxalifət lideri Kamal Kılıçdaroğlu seçiləcəyi təqdirdə bütün qaçqınları Türkiyədən qovacağına söz vermişdi. O qeyd edib ki, hazırda ölkədə bu kateqoriyadan olan 10 milyona yaxın insan yaşayır.