Ən son xəbərlər:

23.05.2023 /09:18/ ABŞ-ın borcları ilə bağlı Ukraynanın maliyyələşdirilməsi gecikir

ABŞ-ın borcları ilə bağlı Ukraynanın maliyyələşdirilməsi gecikir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ABŞ-ın dövlət borcu ilə bağlı icraatlara görə Ukraynanın maliyyələşdirilməsi müvəqqəti olaraq dayandırıla bilər, The Hill bu barədə yazır.

Deputat Bill Keating bildirib ki, Ukraynaya dəstəyi davam etdirmək qərarı Ukraynanın əks-hücumunun uğurundan asılı olacaq. O, Kiyevin yaxın gələcək üçün kifayət qədər vəsaiti olduğu fikrini bildirib.

Bundan əvvəl Pentaqonun rəhbərinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor ABŞ-ın Ukrayna lideri Vladimir Zelenskiyə əks hücuma keçmək və ya Rusiya ilə danışıqlara başlamaq üçün ultimatum verdiyini bildirib.