Ən son xəbərlər:

23.05.2023 /07:04/ Ukraynada münaqişəni donduracaq sülh təşəbbüsləri kökündən yanlışdır

Ukraynada münaqişəni donduracaq sülh təşəbbüsləri kökündən yanlışdır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Britaniyanın baş naziri Rişi Sunak hesab edir ki, Kiyevə itirilmiş ərazilərin qaytarılmasını nəzərdə tutmayan və yalnız Ukraynada münaqişənin dondurulmasına gətirib çıxaracaq istənilən sülh planları kökündən yanlışdır. O, bu barədə çərşənbə axşamı Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı bildirib.

Ukraynada baş verənlərə düzgün və yeganə cavab bütün Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasıdır. Sülh planları kimi təqdim edilən, lakin əslində münaqişəni indiki vəziyyətdə dondurmaq cəhdləri olan istənilən təşəbbüslər kökündən yanlışdır və onların əsl mahiyyəti ifşa edilməlidir, – deyə Sunak Britaniya müxalifətinin keçmiş lideri Ceremi Korbinin sualını cavablandırıb.