Ən son xəbərlər:

23.05.2023 /03:22/ Jeff Bezos jurnalist Lauren Sanchezlə nişanlanıb

Jeff Bezos jurnalist Lauren Sanchezlə nişanlanıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “People” jurnalının mənbəyə istinadən verdiyi məlumata görə, Amazon-un qurucusu Ceff Bezos jurnalist Lauren Sanchezlə nişanlanıb.

“People”nin  mənbəyi  təsdiqləyib  ki, Amazonun təsisçisi 53 yaşlı Emmy mükafatlı jurnalistlə nişanlıdır.

Qeyd olunur ki, cütlük Fransada keçirilən Kann Film Festivalına qatılıb.

Daha əvvəl məlum olub ki, aktrisa Emma Uotson filmlərdə çəkilməkdən imtina etməsinin səbəblərindən danışıb.