Ən son xəbərlər:

22.05.2023 /14: 58/ Aİ insan haqlarının pozulmasına görə İrana qarşı sanksiyaları genişləndirir

Aİ insan haqlarının pozulmasına görə İrana qarşı sanksiyaları genişləndirir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirib və bunu insan haqlarının pozulması ilə izah edib.

Sanksiya siyahısı beş nəfər və iki təşkilatla tamamlanıb.

Mart ayında İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian bildirib ki, Ukrayna hələ ki, Rusiyanın xüsusi əməliyyatı zamanı İran pilotsuz təyyarələrindən istifadə etdiyini sübut edən heç bir sənəd təqdim etməyib.

Nazirlik Rusiya ilə PUA istehsalı zavodunun tikintisi ilə bağlı xəbərləri də təkzib edib.