Ən son xəbərlər:

22.05.2023 /10: 14/ Rusiya neftinin Çinə ixracı 26,5% artıb

Rusiya neftinin Çinə ixracı 26,5% artıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, cari ilin Yanvar-aprel aylarında Rusiya neftinin Çinə tədarükü illik müqayisədə 26,5% artıb. Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

Bildirilir ki, bu dövrdə 32,4 milyon tona yaxın neft tədarük edilib.

Təchizat baxımından ikinci yerdə Səudiyyə Ərəbistanı (31,2 milyon ton), üçüncü yerdə İraq (təxminən 20,4 milyon ton) gəlir.

Bundan əvvəl Rusiya hökuməti Rusiya və Çin arasında Rusiyadan təbii qazın Uzaq Şərq marşrutu ilə Çinə tədarükü üzrə əməkdaşlığa dair sazişi ratifikasiya üçün Dövlət Dumasına təqdim edib.