Ən son xəbərlər:

22.05.2023 /09: 59/ G7-nin Rusiyaya qarşı sanksiyalarını gücləndirməsi Qərbin uğursuzluğundan xəbər verir

G7-nin Rusiyaya qarşı sanksiyalarını gücləndirməsi Qərbin uğursuzluğundan xəbər verir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Guardian-ın köşə yazarı Larri Elliot bildirib ki, G7-nin Rusiyaya qarşı sanksiya təzyiqini artırmaq qərarı yalnız Qərbin acizliyindən xəbər verir.

Qərb təcavüzə qarşı mübarizədə Ukraynanı qətiyyətlə dəstəkləyir. Bu həm də uğursuzluğun əlamətidir”, – Elliott bildirib.

Onun sözlərinə görə, sürətli qələbədən danışılsa da, Rusiyaya qarşı “iqtisadi müharibədə” nokaut olmayıb. Müşahidəçinin fikrincə, sanksiyalar, əksinə, rusları idxal mallarını öz istehsalı olan məhsullarla əvəz etməyə sövq edir.

Şübhəsiz ki, Rusiya sanksiyaların təsirini hiss edir, lakin Qərb də bunu hiss edir, – Elliot belə yekunlaşdırıb.

Eyni zamanda o, Avropada enerji və ərzaq məhsullarının qiymətlərinin qalxdığını, eləcə də həyat səviyyəsinin aşağı düşdüyünü qeyd edib.

Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen ZDF telekanalına müsahibəsində Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiyalar paketinə 90-dan çox şirkəti daxil edəcəyini bildirmişdi.

Həmçinin, G7 liderləri Rusiya enerjisindən asılılıqdan imtinanı sürətləndirmək niyyətlərini açıqlayıblar.