Ən son xəbərlər:

22.05.2023 /09:24/ Zelenski Baxmutu Xirosima ilə müqayisə etdi

Zelenski Baxmutu Xirosima ilə müqayisə etdi.

xeberaz.info eadaily-ya istinadən xəbər verir ki, Vladimir Zelenski dağıdılmış Artemovsk (Baxmut) ilə nüvə bombası vurulmuş Xirosimanı müqayisə edib. O, bunu bu günlərdə Yaponiyada keçirilən G7 sammiti çərçivəsində bəyan edib.

Onun çıxışı Ukrayna Prezidenti Aparatının YouTube kanalında yayımlanıb.

Xirosimada baş verənlər və bizdə olan dağıntı… Açığını deyim, açıq deyəcəyəm – Xirosimanın dağıdılması fotoları mənə Baxmutu (Artemovsk) xatırladır, – Vladimir Zelenski belə deyib.

Ukrayna prezidenti Xirosima televiziyasının RCC əməkdaşının sualını belə cavablandırıb. Jurnalist sual edib ki, G7 sammitində silah şəklində kömək istəməkdənsə, Xirosimada olarkən sülhün bağlanmasını müzakirə etmək daha yaxşı olmazmı?

Biz dəvət olunmuşuq, nəyi isə istəmirik,”-  deyə o əlavə edib.