Ən son xəbərlər:

22.05.2023 /07:08/ Çin Xarici İşlər Nazirliyi Yaponiyanın Pekindəki səfirinə etiraz edib

Çin Xarici İşlər Nazirliyi Yaponiyanın Pekindəki səfirinə etiraz edib.

xeberaz.info Rusiya KİV-lərinə  istinadən xəbər verir ki, Xirosimada keçirilən G7 sammitində Çinin xarici işlər nazirinin müavini Sun Veydonq Yaponiyanın Pekindəki səfiri Hideo Tarumiyə etiraz edib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Sun Weidong-a görə, Yaponiya digər G7 ölkələri ilə birlikdə Çinə “şər atır və hücuma keçir”. Çin diplomatı G7-nin bu cür hərəkətlərini ölkənin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına zərər vuran Çinin daxili işlərinə kobud müdaxilə adlandırıb. Buna görə də Pekin “güclü narazılığını və kəskin etirazını” bildirir.

Sun Veydonq vurğulayıb ki, Tayvan, Honq-Konq, Sincan-Uyğur və Tibet Muxtar Bölgələri ilə bağlı məsələlər Çinin daxili işidir.

Daha əvvəl xəbər verilmişdi ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak Yeddilik Qrupunun (G7) Xirosimada keçirilən sammitinin yekununda Çinin qlobal təhlükəsizlik və rifah üçün “ən böyük” problem yaratdığını bildirib.