Goranboyda bələdiyyə tərəfindən yeni salınan Mini Park sakinlərin istifadəsinə verildi.
xeberaz.info Goranboy Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, Goranboy şəhərində Goranboy-Ağcakənd avtomobil yolunun sol tərəfində, şəhərin Civəzadə küçəsində, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı, bələdiyyə tərəfindən yeni salınan Mini Park sakinlərin istifadəsinə verilib. Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, bir qrup ictimai fəal və şəhər sakinləri iştirak etdilər.
Goranboy şəhərində və rayonunun bütün yaşayış məntəqələrində, son illərdə geniş vüsət alan əsaslı tikinti, quruculuq, bərpa və abadlıq işləri rayonun simasına xüsusi gözəllik gətirib. Bu gozəllik rayon sakinlərinin zövqünü oxşayır.
Goranboy şəhəri ərazisində Park, Xiyaban, küçə və səkilərin abadlaşdırılması, yeni ağac və gül kollarının əkilməsi, küçələrə yeni asfalt örtüyünün salınması və gecə işıqlandırılmasının qurulması şəhər ictimaiyyəti və şəhərə gələn qonaqlar tərəfindən yüksək dəyərləndirilir.