Ən son xəbərlər:

20/05/2023/ 17:54 / Türkiyənin Qaziantep hava limanı naməlum obyektə görə onlarla reysi təxirə salıb

Türkiyənin Qaziantep hava limanı naməlum obyektə görə onlarla reysi təxirə salıb.

xeberaz.info lenta.ru-ya istinadən xəbər verir ki, Türkiyənin Qaziantep şəhərinin hava limanında naməlum obyektə görə onlarla reys təxirə salınıb. Bu barədə “Haberler” portalı məlumat yayıb.

Gecə saatlarında 2,7 min metr hündürlükdə iki sərnişin təyyarəsinin pilotları naməlum obyekti görüb və bu barədə Qaziantep Hava Hərəkəti İdarəetmə Mərkəzinə məlumat veriblər. Onların sözlərini aviadispetçerlər də təsdiqləyib.

Bundan sonra hava limanı uçuşları dayandırmaq qərarına gəlib. 26 reys ləğv edilib, gələn təyyarələr Şanlıurfa və Adana hava limanlarına yönləndirilib. Yüzlərlə sərnişin yola düşməyi gözləyir.

Yaxın vaxtlarda hakimiyyət mövcud vəziyyətlə bağlı rəsmi açıqlama vermək niyyətindədir. Hazırda uçuşlar bərpa edilib.