Ən son xəbərlər:

20.05.2023 /02:57/ Amerika Rusiya əleyhinə sanksiya siyahısına yeni şəxslər və şirkətlər əlavə edib

Amerika Rusiya əleyhinə sanksiya siyahısına yeni şəxslər və şirkətlər əlavə edib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 200-dən çox fiziki şəxs, qurum, gəmi və təyyarə ABŞ-ın yeni sanksiyalarına və ya əmlakının dondurulmasına məruz qalır. Bu barədə cümə günü ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

Bəyanatda qeyd edildiyi kimi, sanksiya və ya əmlakın bloklanması 200-dən çox hüquqi və fiziki şəxsə, gəmilərə və hava gəmilərinə şamil edilir.

Bu gün tətbiq edilən sanksiyalar Rusiyanın hərbi-sənaye kompleksi, texnologiya, metallurgiya və mədənçıxarma sektorlarına şamil edilir, – Blinken belə bildirib.

Bundan əlavə, onun bəyanatına görə, ABŞ-ın məhdudiyyətləri Rusiya enerji sektorunun inkişafı ilə məşğul olan hüquqi və fiziki şəxslərə də şamil edilir.