Ən son xəbərlər:

20.05.2023 /02:30/ Ərdoğan Əsədlə barışığın mümkünlüyünü istisna etmir

Ərdoğan Əsədlə barışığın mümkünlüyünü istisna etmir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorizmlə mübarizə aparılacağı təqdirdə Suriya lideri Bəşər Əsədlə barışıq üçün heç bir maneə görmədiyini bildirib.

Rusiya Prezidenti Vladimir Putinlə dostluğum sayəsində biz qərara gəldik ki, Suriyanın şimalında sıx əməkdaşlıq və həmrəylik tələb edən terrorizmlə mübarizəmizə qapı aça bilərik.

Əgər bunu edə bilsək, onda mən barışıq üçün heç bir maneə görmürəm, – Ərdoğan cümə günü CNN telekanalına müsahibəsində belə deyib.