Ən son xəbərlər:

20.05.2023 /02:26/ Ərəb ölkələri öz daxili işlərinə xarici müdaxiləni dayandırmağı tələb edir

Ərəb ölkələri öz daxili işlərinə xarici müdaxiləni dayandırmağı tələb edir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ərəb ölkələri xarici qüvvələrin öz daxili işlərinə qarışmasına son qoymağı zəruri hesab edir.

Bu barədə cümə günü Ərəb Dövlətləri Liqasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən sammitinin yekunları üzrə qəbul edilmiş bəyannamədə belə deyilir.

Ərəb ölkələri öz daxili işlərinə xarici müdaxiləni dayandırmağın zərurətini bir daha təsdiqləyir, – bu barədə Əl-Cəzirə telekanalı sənəddən sitat gətirir.