Ən son xəbərlər:

20.05.2023 /02:10/ Polşada radiasiya fonunda artım müşahidə edilməyib

Polşada radiasiya fonunda artım müşahidə edilməyib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Polşa Atom Enerjisi Agentliyi ölkədə radiasiya fonunda artım qeydə almayıb. Müvafiq bəyanat cümə günü agentliyin “Twitter” səhifəsində dərc olunub.

Atom Enerjisi Agentliyi ölçmə vasitələri ilə bağlı narahatedici göstəricilər qeydə almayıb, – hesabatda belə deyilir.

Hazırda Polşa ərazisində insanların sağlamlığı və həyatı, eləcə də ətraf mühit üçün heç bir təhlükə yoxdur, – Polşa agentliyi belə bildirib.

Bundan öncə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirmişdi ki, Qərbin Ukraynaya göndərdiyi tükənmiş uran sursatlarının məhv edilməsi radioaktiv buludun yaranmasına səbəb olub, o, artıq Avropaya doğru istiqamət alıb.