Ən son xəbərlər:

18.05.2023 /19:59/ NATO liderləri Rusiya ilə münaqişə vəziyyətində gizli planları təsdiqləyəcək

NATO liderləri Rusiya ilə münaqişə vəziyyətində gizli planları təsdiqləyəcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, İyulda NATO ölkələri alyansla Rusiya arasında münaqişə yaranacağı təqdirdə yeni təşəbbüsləri təsdiqləmək niyyətindədir, – Reuters bu barədə yazır.

Vilnüsdə keçiriləcək sammit zamanı minlərlə səhifəlik “gizli hərbi planlar”ın qəbul ediləcəyi bildirilir. Agentlik bildirir ki, onlar “Rusiya hücumu” halında blokun necə reaksiya verəcəyini təsvir edirlər.

NATO-nun hərbi komitəsinin rəhbəri admiral Rob Bauer bildirib ki, biz hər an münaqişənin yarana biləcəyinə hazır olmalıyıq.

Alyansın rəhbərliyi blok ölkələrinin qüvvələrini və maddi-texniki təchizatını necə modernləşdirməli olduqlarını ümumi şəkildə təsvir etmək niyyətindədir.

NATO-nun rəhbəri Yens Stoltenberq qeyd edib ki, müttəfiqlər dəqiq olaraq hansı qüvvələrə və aktivlərə ehtiyac olduğunu, həmçinin nəyi və necə yerləşdirməyi bilməlidirlər.

Kreml qeyd edib ki, NATO Rusiyaya düşmən olan təşkilatdır.