Ən son xəbərlər:

18.05.2023 /09:39/ Atom bombalarına görə Bayden Yaponiyadan üzr istəməyəcək

Atom bombalarına görə Bayden Yaponiyadan üzr istəməyəcək.

xeberaz.info eadaily-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombalarına görə üzr istəməyəcək. Bu barədə ötən gün, mayın 17-də Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

Sülh Memorial Parkında (Xirosimada) prezident bəyanat verməyəcək – o, jurnalistlərin Baydenin ABŞ adından Yaponiya şəhərlərinə atılan atom bombalarına görə üzr istəmək niyyətində olub-olmaması sualını cavablandırarkən belə deyib.

Yaponiya bu il G7-yə sədrlik edir. G7 Liderlərin Zirvəsi mayın 19-21-də keçiriləcək.

Sallivanın sözlərinə görə, Bayden G7-nin digər liderləri ilə birlikdə gül dəstələri və digər tədbirlərdə iştirak edəcək. G7 liderlərindən ibarət qrup həm tarixə, həm də Xirosimada anadan olmuş Yaponiyanın baş naziri Fumio Kişidaya ehtiramlarını bildirməyə gələcək. Baydenin köməkçisi brifinq zamanı belə bildirib.

6 avqust 1945-ci ildə ABŞ Yaponiyanın Xirosima şəhərini, üç gün sonra isə Naqasakini atom bombası ilə bombaladı. Nəticədə 210 mindən çox insan həlak olmuş və ya itkin düşmüş, 200 minə yaxın insan radioaktiv şüalanmaya məruz qalmışdır.

Yaponiya şəhərlərindəki atom bombaları bəşəriyyət tarixində nüvə silahından döyüş istifadəsinə dair yeganə nümunədir.