Ən son xəbərlər:

16.05.2023 /19:11/ Çin hərbi təlimləri gücləndirir

Tayvanın ABŞ-dan silah alması fonunda Çin hərbi təlimləri gücləndirir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei deyib ki, Çin Xalq Azadlıq Ordusu Tayvanın ABŞ silahlarını alması ilə əlaqədar müharibə hazırlığını gücləndirəcək.

Çin müdafiə rəsmisinin sözlərinə görə, Pekin ölkənin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə edəcək.

Çin Xalq Azadlıq Ordusu müharibəyə hazırlıq üçün hərbi təlimləri gücləndirməyə davam edir. Biz qondarma Tayvan Müstəqillik Hərəkatına mənsub separatçıların planlarını, eləcə də kənar qüvvələrə müdaxilə cəhdlərini qətiyyətlə darmadağın edəcəyik, – deyə Tan Kefei izah edib.

O, həmçinin Tayvan məsələsini Çin-ABŞ münasibətlərində keçilməməsi lazım olan qırmızı xətt adlandırıb.