Ən son xəbərlər:

16.05.2023 /14:36/ Avropa İttifaqı Qazaxıstan vətəndaşları üçün viza rejimini sadələşdirəcək

Avropa İttifaqı Qazaxıstan vətəndaşları üçün viza rejimini sadələşdirəcək.

xeberaz.info eadaily-ya istinadən xəbər verir ki, Qazaxıstan və Avropa İttifaqı Qazaxıstan Respublikası vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi məsələsi ilə bağlı rəsmi məsləhətləşmələrə başlayırlar, bu barədə bu gün, mayın 16-da respublika Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleunun Avropanın daxili işlər üzrə komissarı Ylva Yohansson ilə Brüsseldə keçirilən görüşündə danışılıb.

Danışıqlar zamanı Nurtleu Yohanssona respublikanın viza siyasəti, eləcə də Qazaxıstandan Aİ üçün miqrasiya risklərinin olmaması barədə məlumat verib. Bundan əlavə, o, Qazaxıstanın qeyri-qanuni miqrasiyaya qarşı mübarizəsi mövzusuna ətraflı toxunub.

Qazaxıstanlılar üçün viza rejiminin sadələşdirilməsi Qazaxıstan Respublikası ilə Aİ arasında bütün əməkdaşlıq kompleksinin inkişafına ciddi təkan verəcək, – Murat Nurtleu bildirib.