Ən son xəbərlər:

16.05.2023 /07:59/ ABŞ ukraynalılara Abrams tanklarını idarə etmək üçün təlim keçəcək

ABŞ ukraynalılara Abrams tanklarını idarə etmək üçün təlim keçəcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Pentaqon bildirib ki, Birləşmiş Ştatlar Ukrayna hərbçilərinə təkcə Abrams tanklarını idarə etməyi deyil, həm də onlara qulluq etməyi öyrətmək niyyətindədir.

Təlim təkcə döyüşdə tankları idarə etmək üçün komandalar hazırlamayacaq, həm də onları fəaliyyətdə saxlamaq üçün texniki personal hazırlayacaq, – məlumatda belə bildirilir.

Pentaqon əlavə edib ki, M1 Abrams tankları işlək vəziyyətdə saxlamaq üçün əhəmiyyətli texniki xidmət tələb edir.

Bundan əvvəl Pentaqonun sözçüsü Patrik Rayder Ukrayna hərbçilərinə təlim keçmək üçün Almaniyaya 31 M1 Abrams tankının gəldiyini bildirib.

Rayder vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri yaxın bir neçə həftə ərzində Almaniyaya gələcəklər.

Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ-ın Ukraynaya Abrams tanklarının çatdırılmasını sürətləndirmək niyyətində olduğunu və döyüş maşınlarının 2023-cü ilin payızının əvvəlində təhvil verilməsini gözlədiyini bildirib.