Ən son xəbərlər:

16.05.2023 /07:13/ Şimali Koreyalı hakerlər 2017-ci ildən bəri Yaponiyadakı hesablardan 720 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar

Şimali Koreyalı hakerlər 2017-ci ildən bəri Yaponiyadakı hesablardan 720 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 2017-ci ildən bəri KXDR-dən olan cinayətkar qruplar Yaponiyada açılmış hesablardan təxminən 720 milyon dollar məbləğində kriptovalyuta oğurlayıblar. Bazar ertəsi Nikkei qəzetinin məlumatına görə, yaponlardan oğurlanan vəsaitlər beynəlxalq bazarda Şimali Koreya hakerləri tərəfindən bu müddət ərzində oğurlanan kriptovalyutaların ümumi dəyərinin təxminən 30%-ni təşkil edir.

Bundan əlavə, Vyetnam vətəndaşlarından 540 milyon dollara yaxın kriptovalyuta, ABŞ vətəndaşlarından isə daha 497 milyon dollar oğurlanıb. Eyni zamanda, Yaponiya, nəşrin məlumatına görə, ölkədə rəqəmsal valyutaların populyarlığının artması və yerli şirkətlərin kompüter sistemlərinin zəifliyi səbəbindən bu siyahıya başçılıq edir.

Nikkeinin fikrincə, KXDR hakimiyyəti sanksiyalardan yan keçərək kriptovalyutaların ələ keçirilməsindən ölkə büdcəsini doldurmaq vasitəsi kimi istifadə edə bilər. Qəzet yazır ki, Pxenyan əldə etdiyi gəliri öz raket proqramını maliyyələşdirmək üçün də istifadə edə bilir.