Ən son xəbərlər:

16.05.2023 /06:35/ Polşa hərbçiləri Belarusdan gələn hava şarını axtarır

Polşa hərbçiləri  Belarusdan gələn hava şarı axtarır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Polşa hərbçiləri artıq üçüncü gündür ki, Belarusdan respublikaya gələn kəşfiyyat şarını axtarırlar. Bu barədə bazar ertəsi jurnalistlərə Ərazi Müdafiə Qüvvələri komandanlığının sözçüsü Vitold Sura məlumat verib.

O, axtarışların əsasən ölkənin şimalındakı Kuyavian-Pomeraniya Voyevodalığında aparıldığını vurğulayaraq, “50 əsgərdən ibarət bir bölmə göndərdik” deyib. Həftəsonu axtarış əməliyyatında 100 hərbçi iştirak etsə də, bu heç bir nəticə verməyib.

Bundan əvvəl yerli media hava şarının fraqmentlərinin şəxsi mülkiyyətdə tapıldığı barədə məlumat yayıb. Orduda bu məlumatlar hələ təsdiqlənməyib.