Ən son xəbərlər:

16.05.2023 /06:19/ Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Baltik dənizini “NATO gölü” adlandırıb

Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Baltik dənizini “NATO gölü” adlandırıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna hesab edir ki, Finlandiyanın alyansa qoşulmasından sonra Baltik dənizi “NATO gölü”nə çevrilib. O, bu barədə bazar günü Amerikanın “Newsweek” jurnalına müsahibəsində bildirib.

Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri hesab edir ki, Rusiya Finlandiya NATO-ya daxil olduqdan sonra Baltikyanı regionda təhlükəsizlik sahəsində çətin vəziyyətə düşüb. “Baltik dənizinin NATO gölü olması son dərəcə vacibdir. Müdafiəni anlayan hər kəs bunun strateji planda çox dəyişdiyini başa düşür”, – Tsaghkna bildirib.

O, həmçinin İsveçin tezliklə Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulacağına əminliyini ifadə edib